Qusar bazarında yumurta FIRILDAĞI - “Alıcıları aldadanları bazardan uzaqlaşdırırıq”

Qusar bazarında yumurta FIRILDAĞI - “Alıcıları aldadanları bazardan uzaqlaşdırırıq”

Hazırda oxunan: Qusar bazarında yumurta FIRILDAĞI - “Alıcıları aldadanları bazardan uzaqlaşdırırıq”

163897

Qusar şəhərindəki mərkəzi bazarda yumurta yenidən bahalaşıb. Yumurtanın bir ədədi 35-40 qəpik arası dəyişir.

Bizim.Media-nın əməkdaşı bazardakı bahalaşma ilə bağlı müşahidə aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yumurtanın qiyməti UCUZLAŞACAQ? – AÇIQLAMA

​​​​​​
Məlum olub ki, bazarın əsas hissəsində 40 qəpiyə satılan yumurta bir qədər kənarda, yəni yola yaxın hissədə 35 qəpiyə təklif edilir. 

Yumurtanın baha qiymətə təklif olunması işin bir tərəfidir. Müzakirə mövzusu yumurtanın kənd yumurtası adı ilə satılmasıdır. Satıcının and-aman edərək alıcıya mağazada satılan yumurtanı kənd yumurtası adı ilə sırıması halları da müşahidə edilir. Hansı ki, sahibkarlar kəndlidən ucuz qiymətə yumurtanı alıb baha qiymətə təklif edirlər. Üstəlik mağaza yumurtasının kənd yumurtası adı ilə satılması da adət halını alıb. 

Məsələ ilə bağlı Qusar şəhər "Riad"MMC-nin direktoru Tiflisə Nəzərova Bizim.Media-ya açıqlama verib.

O, yumurtanın bahalaşmasını və kənd yumurtası adı ilə satılmasını belə izah edib:

“Bazardakı qiymətləri satıcılar özləri tənzimləyir. Kəndlərdən və bu istehsalla məşğul olan şəxslərdən alırlar. Üstünə isə çox qiymət qoymurlar. Əslində yumurtanı kəndlilər baha satırlar. Səbəbi isə quş dəninin və yeminin haha olması, eyni zamanda saxlama şəraitlərinin olmaması ilə əlaqələndirirlər. Bu baxımdan yumurtanın qiymətini bazar tənzimləmir”.

Tiflisə Nəzərova həmçinin alıcılara kənd yumurtası adı ilə mağaza yumurtasının satılması məsələsinə də münasibət bildirib. Belə halların qaçılmaz olduğunu bildirən Tiflisə Nəzərova alıcıların aldadılması halını pisləyib:

“Bazarda bir neçə belə hal olub. Təsdiqlənəndən sonra həmin satıcıları bazardan uzaqlaşdırmışıq. Əlbəttə ki, alıcıya mağaza yumurtasını kənd yumurtası kimi satmaq düzgün deyil. Belə hallara qarşıyıq və bundan sonra da mübarizə aparacağıq”.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO