Türk Şurasının Zirvə toplantısı başladı

Türk Şurasının Zirvə toplantısı başladı

Hazırda oxunan: Türk Şurasının Zirvə toplantısı başladı

16388

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-rəsmi Zirvə toplantısı başlayıb.

Bizim.Media xəbər verir ki, sammit videoformatda keçirilir.

 

MÖVZU İLƏ BAĞLI:

Türk Şurasının Zirvə toplantısı keçiriləcək – Bu gün saat 15.00-da


Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edir.

İclasda müzakirə ediləcək məsələlərdən biri Türkmənistanın Türk Şurasına üzv olmasıdır. Bununla bağlı müsbət qərar qəbul ediləcəyi və rəsmi Aşqabadın şuraya qoşulacağı gözlənilir.

Toplantının yekununda Qazaxıstanın Türküstan şəhərinə “Türk dünyasının mənəvi paytaxtı” statusu veriləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO