10-cu Osmanlı padşahı Qanuni Sultan Süleymanın nadir portretlərindən biri Londonda keçirilən hərrac evində satışa çıxarılıb. 4 milyon lirəyə (820 min AZN) təklif olunan portret satılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16-cı əsrə aid olan və mis üzərində çəkilən möhtəşəm portretdə Sultan Süleyman 42 yaşında təsvir edilir.
Sultan Süleymanın portreti ilə yanaşı “İslam Dünyası və Hindistan Sənəti” adı altında keçirilən hərracda qədim dini kitablar, xalçalar və bəzək əşyalarının satışı da həyata keçirilib.
Qeyd edək ki, Sultan Süleymanın nadir portreti XIX əsrdən bəri fransız ailəsinə məxsus xüsusi kolleksiyaya aid olub.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:25 / 31.03.2021
Sultan Süleymanın portreti 820 min manata satıldı
Hazırda oxunan: Sultan Süleymanın portreti 820 min manata satıldı
Hazırda oxunan: Sultan Süleymanın portreti 820 min manata satıldı
16383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.