Rəsmi Moskvadan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı MÜHÜM AÇIQLAMA 

Rəsmi Moskvadan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Rəsmi Moskvadan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı MÜHÜM AÇIQLAMA 

163786

“Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünün tarixi dəqiqləşdirilməyib". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. 

"Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, - o vurğulayıb. 

“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, - M.Qaluzin əlavə edib.  

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirdiyini bildirmişdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO