Qəzza zolağının sakinləri üçün tibbi yardım aparan Türkiyə gəmisi İzmir limanından yola düşüb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tibbi ləvazimat və təcili yardım maşınları olan yük gəmisi İzmirin Alsancak limanından çıxıb və Misirin El Ariş limanına doğru gedib.
Xatırladaq ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca bundan əvvəl Qəzzaya dərman, tibbi ləvazimat, 8 səhra xəstəxanası və 20 təcili yardım maşınının daxil olduğu 500 tonluq tibbi yükün göndəriləcəyini açıqlamışdı.
Bizim.Media