Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.
Atatürk qısa, ancaq çox mənalı bir ömür yaşayıb. Onun keçdiyi həyat və hərb yolu bütün nəsillər üçün bir örnək, bir nümunədir.
MÖVZU İLƏ BAĞLI:
Atatürk silahdaşları və şanlı Türk ordusu ilə bir milləti əsarətdən qurtardı
Bizim.Media öndərin həyatındakı 10 maraqlı məqmı bir daha diqqətə çatdırmaq istəyir:
- 24 yaşında Dəməşqdə 5-ci Orduda Komandan olub.
- 26 yaşında Salonikidə 3-cü Orduda Komandan təyin edilib.
- 30 yaşında Tripolidəki Şərq Könüllüləri Komandanlığında Komandan vəzifəsini alıb.
- 31 yaşında Balkan müharibələrində Komandan kimi xidmət edib.
- 32 yaşında Ədirnə cəbhəsində Komandan kimi vuruşub.
- 33 yaşında Sofiyada Komandan olub.
- 34 yaşında Çanaqqalada diviziyasında Komandan vəzifəsini daşıyıb.
- 35 yaşında Diyarbakırdakı Osmanlı korpusuna komandanlıq edib.
- 36-37 yaş arası Suriya və Fələstində ordu və ordu qruplaşmasında Komandan kimi döyüşüb.
- 38 yaşında Anadoluda başlatdığı Qurtuluş Savaşı ilə bir millətin rəhbəri olub...
Surxay Atakişiyev, Bizim.Media