“Qəzzanı işğal etmək niyyətimiz yoxdur” – Netanyahu  

“Qəzzanı işğal etmək niyyətimiz yoxdur” – Netanyahu  

Hazırda oxunan: “Qəzzanı işğal etmək niyyətimiz yoxdur” – Netanyahu  

163725

“İsrail HƏMAS-ı məğlub etdikdən sonra Qəzza zolağını fəth etmək, işğal etmək və ya idarə etmək niyyətində deyil, lakin lazım gələrsə, terrorçulardan gələn təhlükənin qarşısını almaq üçün “etibarlı qüvvələr” bölgəyə daxil olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib. 

“Düşünürəm ki, Qəzzanın gələcəyinin necə olacağı aydındır: müharibənin sonunda HƏMAS olmayacaq. Biz HƏMAS-ı təkcə özümüz üçün deyil, hamı üçün, sivilizasiya naminə, məhv edəcəyik. Biz Qəzzanın demilitarizasiyasını və yenidən qurulmasını görməliyik və bütün bunlara nail olmaq mümkündür”.
Netanyahu əlavə edib ki, İsrail 7 oktyabr hücumuna bənzər durumun bir daha təkrarlanmaması üçün əlindən gələni edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO