Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya GETDİ 

Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya GETDİ 

Hazırda oxunan: Gürcüstan Prezidenti hökumətdən icazəsiz Fransaya GETDİ 

163705

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib. 

Bizim.Media xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb. 

Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub. 

“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, - məlumatda bildirilib. 

Hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib. Sözügedən forumda Gürcüstan Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO