Vüqar: “Evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm” – VİDEO 

Vüqar: “Evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm” – VİDEO 

Hazırda oxunan: Vüqar: “Evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm” – VİDEO 

163581

“Dünyasını dəyişən atamın narahat olduğu məqam, o da subay olmağım idi. Onun ən böyük narahatlığı da elə bu idi. Atam hər zaman oğlum Vüqarın toyunu və nəvəsini görmək istəyirəm deyirdi. Bir onu atam görə bilmədi. Amma o digər övladların toyunu və nəvələrini gördü”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov “Kim var, kim yox?” verilişinə müsahibəsində deyib. 

Bir neçə ay əvvəl atasını itirən sənətçi onunla bağlı xatirələrini dilə gətirərkən, subay qalmasına da aydınlıq gətirib: 

“Evlənməyə qız tapa bilmirəm söhbəti yoxdur. Axı o itməyib ki, mən onu axtarım, tapım. Sadəcə ruhuma yaxın, məni başa düşə biləcək, dünyası mənim dünyamla üst-üstə düşə biləcək, bir ömür boyu mənə xoşbəxt anları yaşada, qayğıma qala biləcək insan qarşıma çıxarsa, onunla evlənəcəyəm. Yoxsa belə, sadəcə evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO