Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Ararat regional şöbəsinin əməkdaşları daha bir dələduzluq hadisəsinin üstünü açıblar.
Bizim.Media bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurda yaşayan erməni: “Düşmənlə üz-üzə qalmışıq, yaxşı ki, ruslar buradadırlar”
Mənbə yazır ki, Ararat rayonunun Vanaşen kənd sakini Y.M. həmkəndlisi R.X.-nin nəvəsinin 2-ci Qarabağ savaşında öldüyünü öyrəndikdən sonra onun ailəsi adından Kanadada yaşayan qohumları ilə əlaqə saxlayıb.
O, mərhumun qəbir daşının qoyulması üçün pul göndərməsini istəyib. Nəticədə 2700 dollar alaraq mənimsəyib.
Y. M. fırıldaqçılıqda ittiham edilərək həbs olunub.
Bizim.Media