Rusiya 15 minə yaxın əcnəbini deportasiya edib

Rusiya 15 minə yaxın əcnəbini deportasiya edib

Hazırda oxunan: Rusiya 15 minə yaxın əcnəbini deportasiya edib

163430

2023-cü ildə “Qanunsuz 2023” əməliyyatı çərçivəsində 15 minə yaxın əcnəbi Rusiyadan deportasiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk danışıb.

Əməliyyat Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin ərazisində miqrasiya vəziyyətinin sabitləşdirilməsi, habelə əcnəbilərin Rusiya ərazisində qanunsuz leqallaşdırılmasının aradan qaldırılması məqsədilə həyata keçirilib.

“Görülən tədbirlər zamanı qanunsuz miqrasiyanın təşkili, narkotik vasitələrin və psixotrop maddələrin, silah-sursatın qanunsuz dövriyyəsi və dövlət sərhədini qanunsuz keçmə ilə bağlı 3,6 minə yaxın cinayət işi başlanıb. Federal və beynəlxalq axtarışda olan 447 nəfər müəyyən edilib", - İrina Volk əlavə edib.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, miqrasiya sahəsində cinayətlərin aradan qaldırılması istiqamətində işlər davamlı olaraq davam etdirilir. “Qanunsuz 2023” əməliyyatı zamanı hüquq-mühafizə orqanları tərəfindən bu sahədə 96 minə yaxın qanun pozuntusu qeydə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO