Türk vətəndaşı Ermənistana səfər edərək, İrəvandakı qondarma soyqırımı abidəsi önündə "Ölürüm Türkiyəm" mahnısını səsləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb. İfasını kameranın yaddaşına köçürən kişi bu anı əbədiləşdirib.
Türkiyəli şəxsin bu görüntüsü sosial mediada yayıldıqdan sonra ermənilər ölkənin təhlükəsizlik orqanlarına təhqir dolu mesajlar yazıblar. Onlar orqanlardan bir türkün məqbərəyə necə getdiyinin hesabını tələb ediblər.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media