Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları ARTIRILDI 

Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları ARTIRILDI 

Hazırda oxunan: Səfərbərlik Xidmətinin hərbi qulluqçularının maaşları ARTIRILDI 

163281

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmana əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. 

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirləri görmək tapşırılıb. 
Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO