Türkiyə millisi xal itirdi – Ərdoğan oyuna baxmağa gəlmişdi - VİDEO

Türkiyə millisi xal itirdi – Ərdoğan oyuna baxmağa gəlmişdi - VİDEO

Hazırda oxunan: Türkiyə millisi xal itirdi – Ərdoğan oyuna baxmağa gəlmişdi - VİDEO

16321

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib.

Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

Azərbaycan yığmasının yer aldığı A qrupunda Portuqaliya səfərdə Lüksemburqu məğlub edib - 3:1. Bu qrupda yer alan İrlandiya seçməsi isə yoldaşlıq görüşündə Qətərlə heç-heçə edib.

E qrupunda Belçika millisi Belarusun qapısından 8 cavabsız top keçirib.

G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkib. "Ay-ulduzlular" hesabda öndə olsalar da, qələbəni əldən veriblər. Niderland yığması isə səfərdə qrupun autsayderi Cəbəllütariqi darmadağın edib - 7:0.

H qrupunda Slovakiya evdə Rusiya, Xorvatiya isə Malta üzərində qələbə qazanıb.

DÇ-2022, seçmə mərhələ, III tur, 30 mart

Azərbaycan - Serbiya - 1:2

Qol: Emin Mahmudov, 59 (penalti) - Aleksandar Mitroviç, 16; 81

Xal durumu: Portuqaliya - 7, Serbiya - 7, Lüksemburq - 3 (1), Azərbaycan - 0 (1), İrlandiya - 0

Türkiyə - Latviya - 3:3

Qollar: Kenan Karaman, 2. Hakan Çalhanoğlu, 33. Burak Yılmaz, 52 (pen.) - Robert Savalniek, 35. Robert Uldrikis, 58. David İkaunieks, 79

Xal durumu: Türkiyə - 7, Niderland - 6, Monteneqro - 6, Norveç - 6, Latviya - 1, Cəbəllütariq – 0

Qeyd edək ki, Türkiyiə millisinin oyununu stadiondan prezident Rəcəb Tayyib Ərdoğan da izləyirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO