Gülnarə Kərimovanın əri milyonlarının arxasınca getdi, sonda həbsxanaya düşdü - DETALLAR - FOTO

Gülnarə Kərimovanın əri milyonlarının arxasınca getdi, sonda həbsxanaya düşdü - DETALLAR - FOTO

Hazırda oxunan: Gülnarə Kərimovanın əri milyonlarının arxasınca getdi, sonda həbsxanaya düşdü - DETALLAR - FOTO

163160

Özbəkistanın mərhum eks-prezidenti İslam Kərimovun qızı, hazırda həbsdə olan Gülnarə Kərimovanın keçmiş əri Rüstəm Madumarov ölkənin xüsusi xidmət orqanları tərəfindən Kərimovanın hesabında olan yüz milyonlarla dollar pulun axtarışı üçün Honq-Konqa göndərilib. Lakin ora çatan kimi Honq Konq səlahiyyətliləri onu həbs ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosunun özbək xidməti yayıb.

Mənbə xatırladır ki, “Dado” qrupunun keçmiş solisti, Gülnarə Kərimovanın keçmiş əri və biznes ortağı, 46 yaşlı Rüstəm Madumarov 2014-cü ilin fevralında Özbəkistan Baş Prokurorluğu tərəfindən həbs edilən Özbəkistanın keçmiş prezidentinin qızı ilə bağlı aparılan beynəlxalq istintaqın mühüm fiqurudur. 

Sonra o, Gülnarə Kərimovanın da daxil olduğu “mütəşəkkil cinayətkar dəstə”nin rəhbəri elan edilib.

Və 24 may 2014-cü ildə Hərbi Məhkəmənin qapalı iclasında Madumarov "uzun müddətə" həbs cəzasına məhkum edilib.
Məhkəmənin Gülnarə Kərimovanın ərini dəqiq hansı müddətə məhkum etdiyi hələlik məlum deyil. Bununla belə, Özbəkistanın hüquq-mühafizə orqanlarındakı mənbələr bildirir ki, Rüstəm Madumarov artıq cəzasını çəkib və 2023-cü ilin əvvəlində həbsdən azad edilib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO