Xaçatryanın yalanı İFŞA OLUNDU – “Meşəli hadisələri vaxtı Vaqif həbsdə deyildi” – VİDEO

Xaçatryanın yalanı İFŞA OLUNDU – “Meşəli hadisələri vaxtı Vaqif həbsdə deyildi” – VİDEO

Hazırda oxunan: Xaçatryanın yalanı İFŞA OLUNDU – “Meşəli hadisələri vaxtı Vaqif həbsdə deyildi” – VİDEO

163084

Xəbər verdiyimiz kimi, Vaqif Xaçatryan bundan öncəki məhkəmə iclaslarında Meşəli hadisələri zamanı Şuşa Həbsxanasında olduğunu bildirirdi. 

Bizim.Media xəbər verir ki, lakin iclasda şahid qismində dindirilən vaxtilə Şuşa Həbsxanasında işləmiş Azay Kərimov Xaçatryanın iddialarının yalan olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO  


A.Kərimov bildirib ki, Meşəli hadisələri başlamadan 2 ay öncə Vaqif Xaçatryan həqiqətən də Şuşa Həbsxanasında olub. Lakin sözügedən qətliam Vaqif azadlığa çıxandan sonra baş verib.

Şahidin söylədikləri görə, Xaçatryan bu qətliamın təşkilatçılarından olub: 

“Qarabağda öldürülən dinc ermənilərin də 70-80 faizinin qatili Köçəryanın, Sarkisyanın komandası olub”.  

Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır. 
 


Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO