Aftandil İsrafilovun bəstəsi Gürcüstan telekanalında səsləndirildi - VİDEO

Aftandil İsrafilovun bəstəsi Gürcüstan telekanalında səsləndirildi - VİDEO

Hazırda oxunan: Aftandil İsrafilovun bəstəsi Gürcüstan telekanalında səsləndirildi - VİDEO

163062

Mərhum Xalq artisti Aftandil İsrafilovun illər əvvəl bəstələdiyi “Basqalı” mahnısı Gürcüstan televiziyasında verilişlərin birində səsləndirilib. 

Bizim.Media xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında məlumat verib. 

Bəhramın yayımladığı görüntülərdə gürcü uşaqları sözügedən bəstəyə mahnı qoşaraq mükəmməl şəkildə ifa ediblər. 

Bağırzadə paylaşımına “Əziz dostlar! Baxın, bu gözəl istedadlı gürcü uşaqları bizim möhtəşəm bəstəkar və qarmon ustadı Avtandil İsrafilovun “Basqalı” rəqs kompozisiyasını necə ifa edirlər.

Bu musiqi hələ ötən əsrin 70-ci illərində yazılıb və bu gün gürcü uşaqları bu bəstəyə söz qoşub, ifa edirlər. İlahi, bu necə də gözəldir. Və müxtəlif xalqların mədəniyyətlərini mənimsəmək nə qədər vacibdir, çünki xalqları yaradıcılıq üçün birləşdirən dostluq və sülh məbədinə gedən yol məhz budur. Allah bütün dünya övladlarına cansağlığı və təbii ki, başlarının üstündə dinc səma nəsib etsin”. 
Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən Aftandil İsrafilov bu il aprelin 29-da 82 yaşında dünyasını dəyişib. Qarmon ustadı İkinci Fəxri Xiyabanda dəfn olunub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO