İsrail ordusunun quru əməliyyatlarına başlamasından sonra Qəzza zolağında HƏMAS qruplaşmasının ən azı 12 komandiri öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” informasiya portalı İsrailin müdafiə naziri Yoav Qalanta istinadən məlumat yayıb.
"Bu müharibə başa çatdıqdan sonra Qəzzada cənub sərhədindən İsraili qorxuda biləcək heç bir təhlükə qalmayacaq. Biz zolaqdan kənarda tam əməliyyat azadlığına malik olacağıq", - Qalant bildirib.
Qalant bir daha təkrar edib ki, ölkə hərbçiləri oktyabrın 7-də İsrailə qarşı terror aktına görə HƏMAS-ın rəhbərliyini aradan qaldırmaq niyyətindədirlər.
"HƏMAS rəhbərliyi məsuliyyət daşıyır. Biz HƏMAS lideri Yəhya Sinvarın yanına gedib onu məhv edəcəyik. Qəzzalılar bizdən önə keçsələr, bu, müharibəni qısaldacaq", - Qalant deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:40 / 05.11.2023
Qəzzada HƏMAS-ın 12 komandiri öldürülüb
Hazırda oxunan: Qəzzada HƏMAS-ın 12 komandiri öldürülüb
Hazırda oxunan: Qəzzada HƏMAS-ın 12 komandiri öldürülüb
162967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.