Türkiyə səfirindən ÇAĞIRIŞ – “Minalara qarşı mübarizədə Azərbaycana dəstək verilməlidir”

Türkiyə səfirindən ÇAĞIRIŞ – “Minalara qarşı mübarizədə Azərbaycana dəstək verilməlidir”

Hazırda oxunan: Türkiyə səfirindən ÇAĞIRIŞ – “Minalara qarşı mübarizədə Azərbaycana dəstək verilməlidir”

162874

“Beynəlxalq təşkilatları mina problemi ilə mübarizə məsələsində Azərbaycana dəstək verməyə çağırırıq”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib. 

Səfirin sözlərinə görə, Türkiyə 40 ildir ki terror təşkilatı ilə mübarizə aparır:  

“Bu baxımdan, Türkiyə həm terrorla mübarizədə, həm də mina təmizləmə işində kifayət qədər təcrübəlidir”. 

C.Bağçı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana minatəmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək son mina təmizlənənədək davam edəcək:  

“Biz bu işlə əlaqədar çalışan bütün beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO