Xəstəxanaya aparılan “Səbail”in kapitanının SON DURUMU

Xəstəxanaya aparılan “Səbail”in kapitanının SON DURUMU

Hazırda oxunan: Xəstəxanaya aparılan “Səbail”in kapitanının SON DURUMU

162847

“Səbail” kapitanı Ağabala Ramazanovun son durumu ilə bağlı açıqlama yayıb.  

Bizim.Media xəbər verir ki, açıqlamada bildirilir: 

“Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail – “Turan Tovuz” oyununda zədələnən və xəstəxanaya təxliyyə olunan Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur. Futbolçumuz bir neçə gün həkim nəzarətində olacaq”. 
Qeyd edək ki Ağabala Ramazanov “Turan Tovuz”a qarşı matçda rəqib futbolçu Faiq Hacıyevlə toqquşmadan sonra yerdə qalıb. Dərhal meydana hər iki komandanın tibbi personalı daxil olub. Ona meydanda bir neçə dəqiqə köməklik göstərilib. Huşunu itirən Ramazanov daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO