Luçesku istefa verib karyerasını başa vurdu

Luçesku istefa verib karyerasını başa vurdu

Hazırda oxunan: Luçesku istefa verib karyerasını başa vurdu

162832

Mirça Luçesku Kiyev "Dinamo"sunun baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 78 yaşlı mütəxəssis bu barədə Ukrayna çempionatının 13-cü turunda səfərdə "Şaxtyor"la 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.  

O, məşqçi karyerasını da başa vurduğunu söyləyib: 

“Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ili Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən bunu başqa cür bitirmək istərdim, amma hər şey sona çatır.  Hər şeyin başlanğıcı və sonu var”. 

Xatırladaq ki, Kiyev “Dinamo”su hazırda 10 oyundan 16 xal toplayaraq Ukrayna çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 
Qeyd edək ki, Luçesku üçün "Dinamo" karyerasında ikinci Ukrayna klubu olub. O, 2020-ci ildən Kiyev təmsilçisini çalışdırıb. Mütəxəssis bundan əvvəl Ukrayna “Şaxtyor”unun baş məşqçisi vəzifəsində çalışıb, 2004-2016-cı illərdə kluba rəhbərlik edib. 78 yaşlı mütəxəssis Türkiyə millisi, "İnter", "Zenit", "Qalatasaray" və "Beşiktaş"ı da çalışdırıb. Mirça  Çempionlar Liqasında qələbə sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçi kimi 35 kuboku var. Bu göstəriciyə görə ondan yalnız Ser Aleks Ferqyuson və Pep Qvardiola öndədir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO