“Eurovision-2021” təmsilçimizin hansı nömrə ilə çıxış edəcəyi AÇIQLANDI

“Eurovision-2021” təmsilçimizin hansı nömrə ilə çıxış edəcəyi AÇIQLANDI

Hazırda oxunan: “Eurovision-2021” təmsilçimizin hansı nömrə ilə çıxış edəcəyi AÇIQLANDI

16275

Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək “Eurovision - 2021” mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.

Bizim.Media müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Efendi mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ''Avroviziya-2021'' müsabiqəsinə bu kliplə çıxacaq - VİDEO


Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.

Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş “Eurovision - 2021” mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO