Zaxarova: “Ermənistanın Ukrayna üzrə konfransda iştirakı anti-Rusiya jestidir” – VİDEO  

Zaxarova: “Ermənistanın Ukrayna üzrə konfransda iştirakı anti-Rusiya jestidir” – VİDEO  

Hazırda oxunan: Zaxarova: “Ermənistanın Ukrayna üzrə konfransda iştirakı anti-Rusiya jestidir” – VİDEO  

162622

Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakını şərh edərkən bildirib. 

“Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb, Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”, - XİN rəsmisi əlavə edib. 
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bir müddət əvvəl özünün də etiraf etdiyi kimi, Ermənistanın sabitliyi və rifahının təmin olunması üçün ən mühüm amil adlandırılan Rusiya ilə müttəfiqlik münasibətlərinin qəsdən pozulması təəssüf hissi doğurur. 

Zaxarova eyni zamanda, dövlət qurumları, rəsmiləri tərəfindən maliyyələşdirilən və əlaqəli olan KİV resurslarında anti-Rusiya fikirlərinin yer aldığını da qeyd edib. 

Qeyd edək ki, adıçəkilən konfransda Ermənistanı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib. O, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Yermakla görüşüb. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO