“Qarabağ”-“Kəpəz” matçının yeri dəyişdirildi

“Qarabağ”-“Kəpəz” matçının yeri dəyişdirildi

Hazırda oxunan: “Qarabağ”-“Kəpəz” matçının yeri dəyişdirildi

162328

"Qarabağ"ın müraciəti, “Kəpəz” klubunun razılıq məktubu ilə Misli Premyer Liqasının 2-ci dövrəsinin “Kəpəz” - “Qarabağ” və 3-cü dövrənin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.  

Bizim.Media PFL-ə istinadən xəbər verir ki, bu addım “Qarabağ” klubunun Avropa Liqasının qarşıdan gələn “Bayer Leverkuzen”lə oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.  

4 noyabr  

"Qarabağ" - "Kəpəz"  

Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00 (canlı/CBC Sport)  

Qeyd edək ki, komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO