Övladları ilə birlikdə İsraildən qaçan Alla Puqaçova paylaşımı ilə sükutu pozdu - FOTO 

Övladları ilə birlikdə İsraildən qaçan Alla Puqaçova paylaşımı ilə sükutu pozdu - FOTO 

Hazırda oxunan: Övladları ilə birlikdə İsraildən qaçan Alla Puqaçova paylaşımı ilə sükutu pozdu - FOTO 

162286

Fələstin-İsrail münaqişəsi fonunda övladları ilə birlikdə İsraildən qaçan Rusiyanın Xalq artisti Alla Puqaçova səssizliyi pozub. 

Bizim.Media xəbər verir ki, 74 yaşlı sənətkar 4 aydan sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Alla yumorist həyat yoldaşı Maksim Qalkin və övladları Harri ilə Lizanın fotolarını yayımlayaraq “Yaşamağa davam” qısa şərhini yazıb. Puqaçova yazılan neqativ dolu şərhlərdən özünü sığortalamaq üçün paylaşımının rəy bölməsini bağlayıb. 

Xatırladaq ki, Alla Puqaçova, Maksim Qalkin və övladları Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraili tərk edərək 2017-ci ildən vətəndaşı olduqları Kiprə köçüblər. 

Qeyd edək ki, 74 yaşlı Xalq artisti xaricdəki köçəri həyatdan bezib. Bir il əvvəl o, azyaşlı uşaqları Liza və Harri ilə birlikdə Rusiyadan İsrailə qaçmalı olub. 








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO