Murad Dadaşov tənqidlərə cavab verdi:

Murad Dadaşov tənqidlərə cavab verdi: "Biz sadəcə yayımçıyıq"

Hazırda oxunan: Murad Dadaşov tənqidlərə cavab verdi: "Biz sadəcə yayımçıyıq"

162109

"İqtisadiyyat və sağlam iqtisadi göstərici olmadan musiqi öləcək".

Bizim.Media xəbər verir ki, bunu "Xəzər TV"nin prezidenti, Xalq artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

O, auditoriyanın zövqünü formalaşdırmaq üçün çox çalışdıqlarını bildirib: 

Ötən gün bəzi forum iştirakçıları TV proqramlarının ümumi zövqü pozduğunu söylədilər. Biz hamımız deyirik ki, televiziya, televiziya verilişləri və onların istehsal etdiyi məhsullar zövqümüzcə deyil. Onda sual yaranır ki, bu məhsullar kimin zövqü əsasında formalaşıb ərsəyə gətirilir? Telekanalları apteklə müqayisə edə bilərik. Siz aptekə girib dərmandan şikayətlənə bilərsiniz. Amma "bu pisdir" deyə bilməzsiniz.
Çünki aptek həmin dərmanı hazırlayan deyil, onu satandır. Siz dərmanın pis olması ilə bağlı aptekə yox, həmin dərmanı istehsal edənə şikayətinizi bildirə bilərsiniz. Biz müqayisə etməyi bacarmalıyıq. Biz sadəcə yayımçıyıq. Bu baxımdan sizlərin də bizə kömək etməsini istəyirik".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO