Altı nəfərlik ailənin beş otaqlı mənzili, iki gəlinin cehizləri günün günorta saatlarında kül olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir neçə gün əvvəl Fəvqəladə Hallar Nazirliyinə Qəbələnin Tikanlı kənd sakini Elçin Rəhimovun evinin yararsız vəziyyətə düşməsi və altı nəfərlik ailəsinin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Nazirliyin Şimal-Qərb regional idarəsinin əməkdaşları sözügedən ünvanda sakinin ailəsi üçün çadır sığınacaq quraşdırıb.
Sirr olaraq qalır...
Bir neçə gün əvvəl Rəhimovlar ailəsinin mənzili günorta saatlarında naməlum səbəbdən yanıb. Ailə başçısı Elçin Rəhimov bildirir ki, sadə, zəhmətkeş adamdır və evi 25 ilə inşa edib. Bir müddət əvvəl evi təmir edib və oğlunu evləndirib.
Evin xanımı Sənubər Rəhimovanın sözlərinə görə, hadisə baş verəndə o, hüzur yerində olub, oğlu isə günorta evə gələrək nahar edib və dərhal çıxıb. Yanğının hansı səbəbdən baş verdiyini heç Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da müəyyən edə bilmir.
“İki aydır mənim oğlum evlənib. Heç qapımızdakı qırmızı açılmayıb. İki gəlinimin cehizi yanıb, kül oldu. Evdən bir dənə iynə belə çıxara bilməmişik”. Bilmirik ki, yanğın niyə baş verib. 25 illik zəhmətimiz hədər getdi. Gəlinlər atası evində, biz isə bu sığınacaqda qalırıq”.
Bütün əşyalar yanıb kül oldu
Sənubər Rəhimova deyir ki, evdə iki gəlinin bütün cehizliyi, ümumiyyətlə, bütün əşyalar tamamilə yanıb. İki oğul anası olan Sənubər xanım oğlanlarından birinin 44 günlük Vətən Müharibəsində igidliklə vuruşduğunu, Şuşaya kimi getdiyini deyir.
Fövqəladə Hallar Nazirliyinin ailə üçün müvəqqəti çadır quraşdırmasını minnətdarlıqla qarşılayan Rəhimovlar bu çətin günün uzun çəkməcəyinə inanır.
Məsələ ilə əlaqədar Tikanlı kənd icra nümayəndəsi Azər Rəfiyev bildirib ki, 6 nəfərlik ailənin mənzilsiz qalması onların başlıca qayğısıdır. Yerli qurum olaraq ailənin mənzilinin bərpası üçün el-obanı bir araya gətirmək, imkanlı şəxsləri bu işə cəlb etmək istiqamətində iş aparılır.
Eyni zamanda ailənin adına bank hesabı açılıb və ianələr həyata keçirmək üçün lazımı şəxslərə müraciətlər olunur. İcra nümayəndəsi onu da diqqətə çatdırıb ki, bu cür yanğın hadisələrini, xüsusən təbii fəlakətləri nəzərə alıb əmlakların sığorta işlərini aparmaq vacibdir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 30.10.2023
Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? – FOTO
Hazırda oxunan: Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? – FOTO
Hazırda oxunan: Qəbələdə altı nəfərlik ailə niyə EVSİZ QALIB? – FOTO
162098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.