Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

Hazırda oxunan: Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırıldı

162063

Dağıstan hakimiyyəti hava limanında vəziyyəti nəzarətdə saxlayır və vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna getməməyi xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Hava limanında baş vermiş insidentlə əlaqədar respublika sakinlərindən Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırmağı xahiş edirik”, - məlumatda deyilir.

Qeyd olunur ki, hava limanında vəziyyət nəzarət altındadır, təhlükəsizlik xidmətləri ərazidə işləyir.

Oktyabrın 29-da naməlum şəxslər Mahaçqala hava limanına daxil olaraq icazəsiz aksiya keçirməyə cəhd edib. Daha sonra hava limanı müvəqqəti bağlanıb. Faktla bağlı cinayət işi açılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO