Millimiz dünya çempionatında növbəti qələbəsini qazandı

Millimiz dünya çempionatında növbəti qələbəsini qazandı

Hazırda oxunan: Millimiz dünya çempionatında növbəti qələbəsini qazandı

162043

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Misir ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 4:1 hesablı qələbəsi ilə bitib.

Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.

Beləliklə, milli növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk matçda İraqı 2:0 hesabı ilə üstələyib. Yığma oktyabrın 31-də Küveytlə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO