Bayramov və Çavuşoğlu Tacikistanda görüşdü

Bayramov və Çavuşoğlu Tacikistanda görüşdü

Hazırda oxunan: Bayramov və Çavuşoğlu Tacikistanda görüşdü

16201

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olub.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub 


Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və aprelin 1-dən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azadetmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO