Kürdəmirdə ağır qəza: 3 ölü, 2 yaralı var - FOTO

Kürdəmirdə ağır qəza: 3 ölü, 2 yaralı var - FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır qəza: 3 ölü, 2 yaralı var - FOTO

161966

Kürdəmirdə ağır yol qəzası baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarəti alıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşının sürücüsü Əmrahov Fariz Valeh oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan sürücü Kərimov Sənan Vüqar oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomaşınla toqquşub.

Nəticədə VAZ-2106 markalı avtomaşında olan sərnişinlər Cəbrayılov Zamiq Vaqif oğlu və İsmayılov Hamlet Həbib oğlu  hadisə yerində, “Mercedes”in sürücüsü Əmrahov Fariz Valeh oğlu isə xəstəxanda  dünyasını dəyişiblər.

Bundan başqa hadisə zamanı VAZ-ın sürücüsü Kərimov Sənan Vüqar oğlu  və “Mercedes”də olan  sərnişin, eləcə də sürücünün oğlu Əmrahov Ariz Fariz oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralıların vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndəriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO