İran Co Baydenin qələbəsini gözləyir...

İran Co Baydenin qələbəsini gözləyir...

Hazırda oxunan: İran Co Baydenin qələbəsini gözləyir...

1619

ABŞ-da 3 noyabrda keçirləcək seçkilərə çox qısa bir müddət qalarkən bütün dünyanın diqqəti seçkilərdə hansı namizədin qalib olacağına yönəlib. Xüsusilə İran Yaxın Şərqdə son illərdə ABŞ-la ən çox konflikt yaşamış ölkə olaraq seçkiləri yaxından izləyir.

İran prezidenti Həsən Ruhani 21 oktyabrdakı çıxışında “ABŞ-dakı seçkilərdə kimin qalib gələcəyinin önəmli olmadığını” qeyd edib. “ABŞ-da hakimiyyətə gələn şəxsin İrana təslim olmaq məcburiyyətində olduğunu” bildirən Ruhani Rusiya və Çinin İranın yanında yer aldığını vurğulayıb. 

ABŞ seçkilərində isə iki namizəd - Prezident Donald Tramp və Demokratlar partiyasından prezidentliyə namizəd Jo Bayden arasında rəqabət gedir. Donald Tramp hakimiyyətinin ilk dövründə İrana qarşı münasibətdə ciddi təzyiq siyasətindən istifadə edirdi. O, ABŞ-ı 2015-ci ildə imzalanan Nüvə sazişindən təktərəfli olaraq çıxdığını elan etmiş və bu da İran iqtisadiyyatının ciddi təzyiqlərə məruz qalması ilə nəticələnmişdir. 

Seçkilərdə digər namizəd Jo Bayden isə Trampın İran strategiyasının əsas tənqidçilərindən hesab olunur. Baydenin fikrincə, Nüvə razılaşmasından çıxmaq düzgün addım deyil, Tehranın nüvə silahı əldə etməsinə mane olmağın tək yolu Nüvə razılaşmasına geri dönmək və İranın nüvə sənayesi üzərində nəzarət imkanları əldə etməkdir. 

Bayden İranın bölgədəki gücünü azaltmaq, balistik raket proqramına məne olmaq üçün diplomatik fəaliyyətlərə də ehtiyac olduğunu qeyd edir. ABŞ-ın Suriya və İraqda daha çox hərbi qüvvə yerləşdirəcəyini də qeyd edən Bayden, bununla da Trampın Amerikan əsgərlərini Yaxın Şərqdən çıxarmaq strategiyasını da pisləyir. 

Analitiklərin fikrincə, islahatçı Ruhani hakimiyyəti daha çox Trampın seçkilərdə məğlubiyyətini istəyir. Belə ki, Ruhani höküməti Trampdan fərqli olaraq Baydenlə dialoqa girməyi hədəfləyir. 
Baydenin seçkilərdə qabil gəlməsi ilə Avropa silah şirkətlərinin də İrana silah satışına imkan verəcəyini ehtimal olunur. 

Bu şərtlər daxilində ABŞ seçkilərinin nəticəsinin İranı ciddi şəkildə düşündürdüyü aydındır. Belə ki, əgər Bayden qalib olarsa, ABŞ İranla nüvə razılaşmasına geri qayıdacaq. Bu İranı bir qədər rahatladacaq və iqtisadi imkanlarını artıracaq. 

Trampın qalib gələcəyi ssenaridə isə İrana maksimum təzyiq strategiyası davam edəcək. Nəticədə İran iqtisadiayyatı zəifləməklə yanaşı, daxili qarşıdurmaların yaranması təhlükəsi də artacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO