Qəza törədən avtomobil qaz xəttini birləşmə yerindən qopardı - Ərazidə qaz kəsildi

Qəza törədən avtomobil qaz xəttini birləşmə yerindən qopardı - Ərazidə qaz kəsildi

Hazırda oxunan: Qəza törədən avtomobil qaz xəttini birləşmə yerindən qopardı - Ərazidə qaz kəsildi

16184

Az əvvəl Suraxanı rayonu Hövsan qəsəbəsində qəza baş verib. 

Bizim.Media xəbər verir ki, məlumatı “Hövsan- Hövsan” səhifəsi yayıb.

Qəza qəsəbədə yerləşən 76 nömrəli orta məktəbin arxa hissəsindəki küçədə baş verib. Qəza nəticəsində avtomobil qaz tənzimləyici şkafa dəyib. Nəticədə qaz xətti birləşmə yerindən qopub. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəzanın baş vermə səbəbi kimi sürət həddinin yüksək olduğu göstərilir. Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.

Qəza səbəbindən qəsəbənin bəzi ərazilərində qazın verlişində dayanmalar olduğu da vurğulanıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO