“Paşinyan 10 noyabr sazişinin şərtlərinə əməl etməlidir. Başqa alternativi yoxdur”

“Paşinyan 10 noyabr sazişinin şərtlərinə əməl etməlidir. Başqa alternativi yoxdur”

Hazırda oxunan: “Paşinyan 10 noyabr sazişinin şərtlərinə əməl etməlidir. Başqa alternativi yoxdur”

16182

“Ermənistanın hazırkı acınacaqlı vəziyyətdən çıxışı üçün yeganə yolu Azərbaycan ilə komunikasiya vaitlərinin bərpasıdır. Paşinyan proseslərin iştirakçısı kimi bilir ki, bundan başqa yolu yoxdur. Ermənistanda ağır iqtisadi böhran hökm sürür. Bundan başqa Paşinyan 10 noyabrda üçtərəfli bəyanata imza atıb və bu şərtlərə əməl etməlidir. Onun başqa alternativi yoxdur”.

Bu sözləri Bizim.Media açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla komunikasiya vasitələrinin bərpası haqqında verdiyi açıqlama barədə danışarkən deyib.

O, bildirib ki, 11 yanvarda Moskvada imzalana üçtərəfli sənəddə əsasən nəqliyyat yollarının açılması və iqtisadi səmərəliliyinin artması haqqında razılaşma imzalanıb.

“Bu onu göstərir ki, Paşinyan Ermənistan üçün bu yolun necə əhəmiyyətli olduğunun fərqindədir. Bundan başqa birgə komunikasiyaların açılması 10 noyabr bəyanatın vacib şərtlərindən biridir. Bundan başqa Paşinyan anlayır ki, şərtlərə əməl etməmək, Azərbaycan və Rusiyaya qarşı açıq şəkildə çıxış etmək deməkdir. Bugün ki, gün isə onun bu iki ölkəyə qarşı çıxmağa gücü mövcud deyil. Paşinyan Rusiya ilə münasibətləri bərpa etmək üçün öz mövqeyini açıq -şəkildə ortaya qoyub”. 

Millət vəkili həmçinin erməni baş nazirinin həm öz, həm də ölkənin gələcəyini xilas etmək üçün bəyanatın şərtlərinə əməl edəcəyini bildirib:

“Hətta Rusiya prezidenti Vladimir Putin bu haqda mövqeyini bildirərkən Birgə bəyanatın şərtlərinə əməl etməkdən boyun qaçırmağın intihara bərabədir” fikrini də söyləyib. Paşinyanda reallığı dərk edərək belə bir mövqedən çıxış edir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Paşinyan son açıqlamasında “kommunikasiyaların açılması Azərbaycanla qarşılıqlı olmalıdır” deyə bildirib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO