2023-cü ilin yanvar-sentyabr ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlakların adı açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir.
Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, hesabat dövründə 35 min 248 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 61 min 393 əmlakdan 11 min 921-i torpaq sahəsinin, 8768-i isə fərdi yaşayış evinin payına düşür.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:15 / 27.10.2023
Azərbaycanda doqquz ayda ən çox hansı daşınmaz əmlak girov qoyulub?
Hazırda oxunan: Azərbaycanda doqquz ayda ən çox hansı daşınmaz əmlak girov qoyulub?
Hazırda oxunan: Azərbaycanda doqquz ayda ən çox hansı daşınmaz əmlak girov qoyulub?
161794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.