Boşanmaların səbəbi “emosional ehtiyacın ödənməməsi”dir? – AÇIQLAMA  

Boşanmaların səbəbi “emosional ehtiyacın ödənməməsi”dir? – AÇIQLAMA  

Hazırda oxunan: Boşanmaların səbəbi “emosional ehtiyacın ödənməməsi”dir? – AÇIQLAMA  

161786

Ötən gün teleproqramlardan birində psixoloqun kişi-qadın münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, sözügedən psixoloq bildirib ki, üç min manatlıq telefon istəyən qadının bu emosional istəyi yerinə yetirilmirsə, onun boşanmaq hüququ var. 

Bildiyiniz kimi, son zamanlarda boşanmaların sayı onsuz da durmadan artır. Psixoloq qismində efirə çıxan birinin bu kimi ifadələr işlətməsi ailə institutlarının dağılmasına hansısa formada təsir göstərə bilər.  
 

MÖVZU İLƏ BAĞLI:

“Kişi xanımına 3 minlik telefonu almırsa, qadın boşanmalıdır” deyən psixoloqdan daha bir QALMAQALLI AÇIQLAMA


Maraqlıdır, doğurdan da boşanmaların artmasını emosianal ehtiyacların ödənməməsi ilə əlaqələndirmək olarmı? 

Yəni, qadın ona üç min manatlıq telefon alınmır deyə boşanmalıdırmı? 

Tanınmış vəkil Turan Abdullazadə Bizim.Media-ya bildirib ki, boşanmaların bir çox səbəbləri var: 

“Lakin nikahın pozulması ilə bağlı vəkil kimi məhkəməyə çıxanda bizim qarşımıza əsasən üç faktor çıxır: xəyanət, valideynlərin ailəyə müdaxiləsi, iqtisadi durum. Psixoloqun söylədiyi emosional ehtiyacın ödənilməsi məsələsinə gəldikdə isə deyə bilərəm ki, mənim fikrimcə, ailələrin dağılması buna görə olmur. 

Düzdür, hər ailədə gözlənti fərqli ola bilər. Yəni çox vaxt telefon kimi bahalı hədiyyələrin alınmaması boşanma səbəbi olmur. Lakin dolanışıq səviyyəsinin aşağı olması nikahın pozulmasına əsas səbəblərdəndir. Bəlkə də maddiyatın əsas prioritet təşkil etdiyi ailələrdə isə ona üç min manatlıq telefon alınmayan qadın xəyanət edə və ya boşana bilər. 

Amma əksər Azərbaycan ailələrində nikahın pozulmasına səbəb ya xəyanət, ya şiddətli keçimsizlik, ya da iqtisadi dolanışıq olur”.  

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO