Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət VERİLDİ  

Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət VERİLDİ  

Hazırda oxunan: Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət VERİLDİ  

161749

Azərbaycanda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Elyar Osmanova bəraət verilib. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bəraət hökmü Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, E.Osmanov ötən ilin noyabrında Binəqədi polisinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. 
Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO