“Xoşbəxt olmayan ailədə dünyaya göz açmışam. Valideynlərim bir-birini istəməyib. Evdə hər gün dava olurdu. Bir-birilərini incidiblər. Bunların hamısı gözümün önündə yaşanıb. Məndə kişilərə qarşı bir növ nifrət var. Problem yaşayıram. Kişiləri heç vaxt ətrafıma buraxa bilmirəm. Düşünürəm ki, mənə xəyanət edə bilər, məni incidər, dəyərimi azalda bilər, əskildər”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Miss Azərbaycan 2019” model Səmra Hüseynova izləyicisindən gələn “Niyə ailə qurmaq istəmirsən?” sualına cavab olaraq sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
Səmra məktəb illərində qurduğu xəyallarından da söz açıb:
“Hardasa altıncı və ya yeddinci sinifdə xəyal qurmuşdum ki, mənim 30 yaşım olacaq, anamla tək yaşayacağıq və mən ərdə olmayacağam. Hazırda da onu yaşayıram. Psixoloji problemlər yaşadığım üçün, istəmirəm ki, məndən sonra övladım da mənim yaşadıqlarımı yaşasın”.
Rəşad Əliyev, Bizim.Media