Ayvazyan: “Azərbaycanlı əsirləri qaytarmışıq” - 4 mindən çox azərbaycanlıdan isə hələ də xəbər yoxdur

Ayvazyan: “Azərbaycanlı əsirləri qaytarmışıq” - 4 mindən çox azərbaycanlıdan isə hələ də xəbər yoxdur

Hazırda oxunan: Ayvazyan: “Azərbaycanlı əsirləri qaytarmışıq” - 4 mindən çox azərbaycanlıdan isə hələ də xəbər yoxdur

16165

“Ermənistanda azərbaycanlı əsirlər yoxdur, hamısını qaytarmışıq. İrəvan özünün humanitar öhdəliklərini yerinə yetirib”.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan deputat Naira Zöhrabyanın sualını cavablandırarkən səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Biz bölgədə düşmən axtarmırıq” - Ayvazyanın Türkiyəyə mesajı


188 erməni əsirin isə Azərbaycanda olduğunu iddia edən deputat Ara Ayvazyan bildirib ki, bu rəqəm Avropa İnsan Hüquqları Məhkəməsinin açıqladığı əsir sayıdır: 

“188 nəfər Azərbaycandakı erməni əsirlərin real sayı deyil. Əslində nə qədər erməni əsirin olduğunu indi açıqlamayacağam. Azərbaycan yaxşı anlayır ki, güvən mühitinin formalaşması üçün əsirlərin İrəvana qaytarılması vacib addımdır. Ermənistan ərazi güzəştlərinə getsə də, əsir problemi hələ də həll olunmayıb”.

Ermənistan XİN rəhbəri ərazi güzəştləri dedikdə Azərbaycanın erməni işğalından azad etdiyi torpaqları nəzərdə tutur.

O ki qaldı Ayvazyanın Ermənistanda azərbaycanlı əsir yoxdur açıqlamasına, yəqin erməni nazir I Qarabağ müharibəsində əsir və itkin düşmüş 4 mindən çox azərbaycanlıdan xəbərsizdir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO