\

\"Sumqayıt\" \"Sabah\"a qalib gəldi 

Hazırda oxunan: \"Sumqayıt\" \"Sabah\"a qalib gəldi 

161515

Bu gün Misli Premyer Liqasında 2-ci turdan təxirə salınmış 1 oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, "Sumqayıt" öz meydanında "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, komandalar arasında ötən həftə 10-cu turda keçirilən oyunda "Sabah" 3:1 hesablı qələbə qazanıb. 

Xatırladaq ki, avqustun 13-də keçirilməli olan "Sumqayıt" - "Sabah" matçı "Sabah"ın istəyi ilə təxirə salınmışdı. Paytaxt klubu  Avropa Konfrans Liqasında "Partizan”la (Serbiya) cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə PFL-ə müraciət etmiş və müsbət cavab almışdı. 
25 oktyabr (çərşənbə) 

18:30. “Sumqayıt” – “Sabah” - 1:0 

Qol: Kamran Aliev, 4 

Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov 

"Kapital Bank Arena” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO