“Raket zərbələri endirilən şəhərlər cəbhə xəttindən çox uzaqda yerləşir. Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını dağıtmağa cəhd olub, raketlər elektrik stansiyasının qarşısına düşüb”.
Bizim.Media-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev açıqlama verib.
O qeyd edib ki, 7 halda “SCUD” (Elbrus) tipli raketlərdən istifadə edilib : “11 və 17 oktyabr tarixlərində Gəncəyə, o cümlədən Kürdəmir, Qəbələyə bu raketlərdən atılıb. Azərbaycan ərazilərinə “S-300” raketləri də atılıb. Bəzi hallarda “Smerç”, “Toçka-U“ raketlərindən də istifadə olunub. Təəssüf ki, bu raket qurğularında əsasən kaset tipli raketlərdən istifadə edilir. “Human Rights Watch və “Amnesty İnternational” da bunu təsdiqləyib”.
Baş Prokuror nəzərə çatdırıb ki, əldə olunmuş məlumatlara görə, “SCUD” və “S-300” raketləri Ermənistanın Vardenis rayonu ərazisindən atılıb. “Smerç” tipli raketlər isə bəzi hallarda işğal altındakı Kəlbəcər, Xankəndi və digər işğal altındakı ərazilərdə yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi bazalarından atılıb.
“350 şahid, 1700-dən çox zərərçəkmiş şəxs tanınıb. Ballistik ekspertizaların rəyi ilə həmin raketlərin hansı istiqamətdən, nöqtədən atıldığı müəyyənləşdirilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:22 / 30.10.2020
Baş prokuror: “Azərbaycana raketlərin atıldığı yer müəyyənləşib”
Hazırda oxunan: Baş prokuror: “Azərbaycana raketlərin atıldığı yer müəyyənləşib”
Hazırda oxunan: Baş prokuror: “Azərbaycana raketlərin atıldığı yer müəyyənləşib”
1615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.