BMT-nin baş katibindən xəbərdarlıq:

BMT-nin baş katibindən xəbərdarlıq: "Dünya uçurumun astanasındadır"

Hazırda oxunan: BMT-nin baş katibindən xəbərdarlıq: "Dünya uçurumun astanasındadır"

161382

Dünya uçurumun astanasındadır və daha çox insan zərər çəkmədən tədbir görülməlidir.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə X sosial platformasında yazıb.

“Bu gün BMT Nizamnaməsinin qüvvəyə minməsinin 78-ci ildönümüdür. Bu kritik saatlarda mən hər kəsi zorakılıq nəticəsində daha çox insanın həyatına son qoymadan və bu, daha da yayılmadan uçurumdan geri çəkilməyə çağırıram”, - deyə baş katib bildirib.
Qeyd edək ki, hər il oktyabrın 24–ü Birləşmiş Millətlər Təşkilatı Günü kimi qeyd olunur. Bu tarix BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsi ilə əlaqədar Baş Assambleya tərəfindən 1947-ci il oktyabrın 31-də təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO