İrina Zaretska dünya çempionatında finala yüksəlib

İrina Zaretska dünya çempionatında finala yüksəlib

Hazırda oxunan: İrina Zaretska dünya çempionatında finala yüksəlib

161371

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib. 

Bizim.Media xəbər verir ki, ikiqat dünya çempionu ardıcıl dörd rəqibini məğlub edərək, həlledici görüşdə iştirak hüququna yiyələnib. 

O, oktyabrın 28-də İsveçrə təmsilçisi Yelena Quriçlə finalda üz-üzə gələcək. 

Dünya çempionatının ilk günündə mübarizəyə qoşulan digər karateçilərdən Asiman Qurbanlı (+84 kq) üçüncü duelində, Turqut Həsənov (84 kq) startda məğlub olub. Katada mübarizə aparan Roman Heydərov isə iki mərhələ keçə bilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO