Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib - FOTO/VİDEO 

Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib - FOTO/VİDEO 

Hazırda oxunan: Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib - FOTO/VİDEO 

161342

Oktyabrın 24-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirilib. 

Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 287 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 41 nəfəri Vətən müharibəsinin iştirakçısıdır. 
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO