Arif Babayevə Azərbaycan Prezidentinin fəxri diplomu təqdim edilib - FOTO 

Arif Babayevə Azərbaycan Prezidentinin fəxri diplomu təqdim edilib - FOTO 

Hazırda oxunan: Arif Babayevə Azərbaycan Prezidentinin fəxri diplomu təqdim edilib - FOTO 

161338

Azərbaycan mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib. 

Bildirilib ki, Nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu bildirib. 
Sonra dövlət təltifi xanəndəyə təqdim edilib. 

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO