Əhalinin neçə faizi Xankəndinin azad edilməsini tarixi qələbə hesab edir? – SORĞU 

Əhalinin neçə faizi Xankəndinin azad edilməsini tarixi qələbə hesab edir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi Xankəndinin azad edilməsini tarixi qələbə hesab edir? – SORĞU 

161278

Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dövlət bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılmasını uzunmüddətli münaqişənin sonu və Azərbaycanın tarixi qələbəsi kimi qiymətləndirdir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi İlham Əliyevin Xankəndinə səfərini İZLƏYİB? – SORĞU  


Məlumatda deyilir ki, Azərbaycan regionda çoxillik münaqişəyə son qoymaqla birgə əməkdaşlıq formatları əsasında yeni tarixin başlanğıcını yaradıb. Tarixi qələbə eyni zamanda milli dövlətçilik irsinin fasiləsiz davamlılığının təmin olunması baxımından əlamətdardır.

Müstəqil Azərbaycan dövlətinin 2020-ci ildə, Xalq Cümhuriyyətinin işğalının 100-cü ildönümündə torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünə nail olması, 100 il bundan əvvəl öz inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayətin varlığına son qoyaraq öz suverenliyini tam bərpa etməsi və dövlət müstəqilliyinin bərpası günündə dövlət bayrağını burada ucaltması eyni zamanda yeni qələbə təqvimi - işğalçılıq siyasəti üzərində qələbəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin bu istiqamətdə keçirdiyi rəy sorğularının nəticələrinə əsasən, əhalinin 87,5%-i bu mövqedən çıxış edib, 11,2%-i sözügedən hadisələrin münaqişənin sonu olması fikri ilə razılaşmayıb, 1,3%-i rəyini bildirməkdə çətinlik çəkib. Respondentlərin rəylərində onların sosial-demoqrafik xüsusiyyətlərinə görə statistik əhəmiyyətli fərq qeydə alınmayıb.

Sorğunun nəticələri eyni zamanda ölkə ictimaiyyətinin mütləq əksəriyyətinin bu tarixi zəfərin, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi gününün təqvimdə ümumxalq əhəmiyyətli milli bayram günü kimi qeyd edilməsi mövqeyində olduğunu göstərib.
Belə ki, respondentlərin 94,8%-i bu mövqedən çıxış edərkən, 3,6%-i bu fikirlə razılaşmadığını bildirib. Sorğu iştirakçılarının 1,6%-i bu barədə rəyini bildirməyib.


Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO