Mobil cihazların qeydiyyatına görə rüsumlar AZALDILDI

Mobil cihazların qeydiyyatına görə rüsumlar AZALDILDI

Hazırda oxunan: Mobil cihazların qeydiyyatına görə rüsumlar AZALDILDI

161263

Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri azaldılır.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, rüsumlar aşağıdakı dərəcədə azaldılır:

Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün qeyd olunan rüsumun 20 manatdan 15 manat-a azaldılması təklif edilir.

Bununla yanaşı, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manatdan 20 manata,

- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manatdan 30 manata,

- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manatdan 40 manata,

- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manatdan 50 manata,

bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manatdan 70 manata,

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manatdan 100 manata .

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 20 manatdan 15 manata.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO