“Ermənilər Meşəlidəki qətliamı törətməmişdən əvvəl bizə mikrofonla səslənib deyirdilər ki, bu torpaqları tərk edin. Halbuki, onlar bizim torpaqlarımızda oturub, çörəyimizi yeyirdilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Meşəlidə zərərçəkmiş Ziba Mehraliyeva Vaqif Xaçatryanın məhkəmə iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.
Görüntüləri təqdim edirik: