Xankəndidə separatçıların yarımçıq qalan kef məclisi: məşhur abidə ilə belə vidalaşıblar – VİDEO

Xankəndidə separatçıların yarımçıq qalan kef məclisi: məşhur abidə ilə belə vidalaşıblar – VİDEO

Hazırda oxunan: Xankəndidə separatçıların yarımçıq qalan kef məclisi: məşhur abidə ilə belə vidalaşıblar – VİDEO

161247

"Bu abidə 1967-ci ildə tikilib və "Bizim dağlar" adlandırılır. Buradan Xankəndinə gözəl bir mənzərə açılır".

Bizim.Media xəbər verir ki, bu fikirlər AzTV-nin ərazidən hazırladığı reportjda deyilir.

"Eyni zamanda burada maraqlı bir detal var. Müzəffər Azərbaycan Ordusu tarixi ədaləti bərqərar edərkən düşmənin hansısa içki məclisini də yarımçıq qoyub. Və ola bilsin ki, bu, vida mərasimi imiş", deyə qeyd edilib. 

Xatırladaq ki, "Biz və bizim dağlar" abidəsi keçmiş Azərbaycan SSR DQMV-nin Əsgəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılıb. Abidənin tikilişi üçün Xankəndidəki akasiya meşəsi qırılıb. Abidənin heykəltərəraşı Azərbaycan sakini, erməni mənşəli memar Sarkis Baqdasaryan, memarı isə Səfi Qarayev olub. Abidə Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılıb. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO