''Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb'' - Tural Gəncəliyev 

''Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb'' - Tural Gəncəliyev 

Hazırda oxunan: ''Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb'' - Tural Gəncəliyev 

16118

“Beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və 31 Mart - Azərbaycanlıların soyqırımına siyasi qiymət verilib”.

Bizim.Media-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı konfransda deyib.

Millət vəkili bildirib ki, istər Xocalı, istərsə də 31 martsoyqırımı ilə bağlı dünya ölkələri Azərbaycanı dəstəkləyən bəyanatlar verib.

“Beynəlxalq hüquq kontekstində buna qiymət verilməsi qalıb. Ermənistan dövləti və vaxtilə onun başında durmuş Sarkisyan və Koçaryanın əli azərbaycanlıların qanına batıb. Birinci  və İkinci Dünya müharibələrindən sonra konkret şəxslərin məsuliyyətə cəlb edilməsi təcrübəsini biz görmüşük. Bu  Ermənistan-Azərbaycan münaqişəsində törədilən cinayətlərə də aid edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO